ABŞ Ali Məhkəməsi Trampın qlobal rüsumlarını ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ali Məhkəməsi Trampın qlobal rüsumlarını ləğv etdi

Siyasət

20 Fevral 2026 23:27 731


ABŞ Ali Məhkəməsi qərara alıb ki, Prezident Donald Tramp əksər dünya ölkələrinə qarşı birtərəfli qaydada rüsumlar tətbiq etməklə federal qanunu pozub. Məhkəmə tariflərin qanunla müəyyən edilmiş səlahiyyət çərçivəsini aşdığı qənaətinə gəlib. Qərarın lehinə altı hakim səs verib, üç hakim isə əleyhinə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Ali Məhkəmənin sədri Con Robertsun sözlərinə görə, prezident rüsumların tətbiqi üçün Konqresdən icazə almalı idi. Məhkəmənin mövqeyinə əsasən, Trampın istinad etdiyi fövqəladə səlahiyyətlər mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir. Pepperoni pizza

Mənbələrin CNN-ə bildirdiyinə görə, Tramp Ali Məhkəmənin qərarını "rüsvayçılıq" adlandırıb. Həmin mənbələrin sözlərinə əsasən, o, Ağ Evdə alternativ planının olduğunu da bəyan edib.

Xatırladaq ki, Donald Tramp 2025-ci ilin aprelində 180 ölkə və əraziyə qarşı ticarət rüsumlarının tətbiq edildiyini elan etmişdi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!