Koronavirusun ən çox yayıldığı ölkə olan ABŞ-da peyvənd və dərman axtarışı davam edir.
Yenisabah.az xəbər verir ki, amerikalı mütəxəssislər virusun müalicəsində işə yarayacaq dərman hazırladıqlarını açıqlayıblar. Sezar pizza
Şimali Karolina Universitetində Timoti Şeyanın rəhbərlik etdiyi bir qrup EIDD-2801 adlı bir dərman hazırlayıb. Koronavirusun birbaşa tənəffüs yollarına ciddi ziyan vurduğunu açıqlayan Şeyan hazırladıqları dərmanın ağciyərlərdə zərəri azaltdığını deyib.
O , dərmanın ilk əvvəl siçanlar üzərində sınaqdan keçdiyini vurğulayıb: "Artıq insanlar üzərində sınaqdan keçməyə hazırdır. Bu dərman xəstəliyin ilkin mərhələsində ,yəni simptomlar hələ yeni müəyyənləşərkən istifadə edilə bilər. İnfeksiyanın yayılmağa başladığı ilk 12-24 saat ərzində tətbiq olunan bir müalicə olacaq. EIDD-2801 təkcə bu gün yox ,gələcəkdə də müxtəlif koronaviruslara qarşı tətbiq olunacaq".
Sayad Həsənli
Telegram kanalımız