ABŞ bu ölkəyə sanksiya tətbiq edəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ bu ölkəyə sanksiya tətbiq edəcək

Dünya

17 Dekabr 2024 15:30 324


Birləşmiş Ştatlar Serbiyanın neft və qaz şirkəti “NİS”ə qarşı sanksiya tətbiq edəcək.

Yenisabah.az xəbər verir ki, bunun səbəbi sözügedən şirkətin “Qazprom”la əməkdaşlığı davam etməsidir.

Serbiya prezidenti Aleksandır Vuçiç Vaşinqtonun sanksiya ehtimallarının yüksək olduğunu bildirib. Onun sözlərinə görə, “Qazprom” şirkəti “NİS”in ən böyük səhmdarıdır və bu, Qərb ölkələrinin xoşuna gəlmir. Dördpendirli pizza

Serbiya Rusiyaya qarşı sanksiya tətbiq etməyən nadir Avropa ölkələrindən biridir. Rəsmi Belqard Moskva ilə tarixi bağlarını qoparmaq istəmədiyini dəfələrlə açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!