“Bu günə kimi ABŞ-da 2 milyondan çox insan koronavirus testindən keçib”.
Yenisabah.az xəbər verir ki, bunu prezident Donald Tramp Ağ Evdə təşkil edilən mətbuat konfransında deyib. O , bu mübarizədə əməyi keçən hər kəsə təşəkkür edib: "Hazırda nələrin baş verdiyini və bizim harada dayandığını bilirsiz. Ümid edirəm ki, yaxın zamanlarda ölkəmiz normal vəziyyətinə qayıdacaq. Xalqımız ,millətimiz tarixdəki ən mühim səhifəni yazır. Bugünədək testlərin 2 milyonu keçdiyini deməkdən məmnunam. Ölkəmiz üçün vacib bir mərhələdir".
Bildirək ki, Tramp eyni zamanda İngiltərənin baş naziri Boris Consonun reanimasiyadan çıxmasına da sevindiyini dilə gətirib və Consona şəfa diləyib. Marqarita pizza
Leyla Aslan
Telegram kanalımız