ABŞ-da koronavirusa yoluxan azərbaycanlı vəfat etdi 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da koronavirusa yoluxan azərbaycanlı vəfat etdi 

Sağlamlıq

26 Aprel 2020 08:39 1460


ABŞ-ın Nyu-York şəhərində yaşayan, milliyyətcə azərbaycanlı olan Natiq Qasımov koronavirusdan vəfat edib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, o Nyu-Yorkun Bruklin əyalətindəki “Coney Island” hospitalında müalicə alırdı .

Mərhumun ailəsi ilə mütəmadi əlaqədə olan, Nyu-Yorkda aktiv diaspor təmsilçisi Aqil Hüseynov bildirib ki, Natiq Qasımov bir neçə həftədir xəstəxanada müalicəsini davam etdirirdi. Marqarita pizza

Onun sözlərinə görə, bundan əvvəl N. Qasımovla birgə yaşayan qızının həyat yoldaşı da COVID-19 infeksiyasına yoluxsa da müalicə alaraq sağalıb.

“Müalicə müddətində Natiq Qasımovun vəziyyəti bir qədər yaxşılaşıb, daha sonra yenidən pisləşib. Hazırda mərhumun meyitinin Azərbaycana göndərilməsi üçün xəstəxanada sənədləşmə işləri aparılır, artıq işlər yekunlaşmaq üzrədir”.

O bildirib ki, meyitin Azərbaycana yola salınması üçün mərhumun ailəsinə maddi kömək lazımdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!