ABŞ da Rusiya ilə oyunlardan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ da Rusiya ilə oyunlardan imtina etdi

İdman

01 Mart 2022 16:16 514


ABŞ komandaları heç bir beynəlxalq turnirdə Rusiya təmsilçiləri ilə mübarizə aparmayacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyası məlumat yayıb. Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından sonra heç bir beynəlxalq yarışda bu ölkənin təmsilçilərinə qarşı mübarizə aparmayacaqları bildirilib: 

"ABŞ Futbol Federasiyası Ukrayna xalqı ilə birlikdədir. Biz Rusiyanın iyrənc və qeyri-insani işğalını pisləyirik. Azadlıq və sülh bərpa olunana qədər şərtlərdən asılı olmayaraq, Rusiya ilə eyni turnirdə mübarizə aparmayacağıq. Ukraynanı müdafiə etməyə davam edəcəyik. Özümüzün və sizin şərəfinizi ləkələməyəcəyik”.  Marqarita pizza

Qeyd edək ki, daha əvvəl FİFA və UEFA Rusiya millilərinin və klublarının beynəlxalq yarışlardan məhrum ediləcəyini açıqlamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!