ABŞ-ın Kaliforniya ştatında xilasedicilər yanğın nəticəsində Santa-Kruz adası sahillərində batan "Conception" gəzinti gəmisindəki 33 nəfərin meyitini suyun üzünə çıxarıblar. Bir nəfərin cəsədi hələ tapılmayıb.
“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb. Gəminin qəza şəraitinin araşdırılmasında Federal Təhqiqatlar Bürosu da iştirak edir.
Göyərtəsində dayvinq və dəniz balıqçılığı həvəskarlarının olduğu "Conception" gəmisi sentyabrın 2-də Santa-Kruzun şimal sahilindən 18 mil aralıda batıb. pizza sifarişi
Qeyd edək ki, heyət üzvlərindən beş nəfər xilas ola bilib.
Telegram kanalımız