“ABŞ-dan daha obyektiv, cəsarətli mövqe gözləyirik” -   Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-dan daha obyektiv, cəsarətli mövqe gözləyirik” - Politoloq

Siyasət

21 Oktyabr 2020 17:11 993


Oktyabrın 23-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə ilk, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə növbəti görüşü baş tutacaq. Bundan əvvəl isə Ceyhun Bayramov Minsk qrupu üzvləri ilə 8 oktyabrda Cenevrədə görüşüb. Bir gün sonra o, Moskvada Rusiya və Ermənistan Xarici İşlər nazirləri ilə görüşüb. Bu zaman Azərbaycan-Ermənistan arasında humanitar atəşkəs imzalanıb. Lakin Ermənistan tərəfi Gəncədə mülki yaşayış məntəqələrini raket atəşinə tutduğu üçün qərar qüvvədən düşüb. Son olaraq bu gün Moskvada Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında yenidən görüş keçirilib və orada Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə dair əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üçün təxirəsalınmaz məsələlər, nizamlanmaya dair dayanıqlı şərtlərin yaradılması müzakirə olunub. Əgər sentyabrın 27-dən indiyə qədər keçirilən görüşlərdə münaqişənin dinc yolla həlli üçün hər hansı razılığın əldə olunmadığını nəzərə alsaq, Vaşinqton görüşündən nəticə gözləməyə dəyərmi?  

Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun döyüş meydanında yaratdığı reallıq siyasi-diplomatik müstəvidə də yeni şərtləri diktə edir:

“Bu şərtlər Azərbaycanın lehinədir. Azərbaycan 27 sentyabrdan bu günədək döyüş meydanında öz torpaqlarını azad etməklə bərabər, bütün diplomatik əlaqələrə açıq olduğunu da nümayiş elətdirib. Dövlətimiz beynəlxalq hüququn tələblərinin yerinə gətirilməsinin diplomatik müstəvidə də davam etdirilməsilə  bağlı hər şeyə hazır olduğunu diqqətə çatdırıb. Çünki söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedir. Ona görə də diplomatik intensivliyə təsir etmək lazım deyil.  Nəzərə almaq lazımdır ki, ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir”. Toyuqlu pizza

Millət vəkili qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri obyektiv və mövcud hərbi-siyasi reallığa əsaslanan mövqe göstərməlidir:

“Azərbaycanın gözləntiləri ondan ibarətdir ki, onlar dərhal bəyanat verməlidirlər. Bildirməlidirlər ki, işğalçı Ermənistan qeyd-şərtsiz Azərbaycanın torpaqlarından ən qısa müddətdə çıxmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri  özlərinin də səs verdiyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin  yerinə yetirilməsinə çalışmalıdırlar. Üç həmsədr həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasındadır. Biz bu hüquqi, hərbi-siyasi reallığa söykənərək ABŞ-dan daha obyektiv, cəsarətli və  beynəlxalq hüququn həyata keçirilməsini tələb edən mövqe gözləyirik.  Mən ümid edirəm ki, hazırkı mərhələdə diplomatik danışıqların mövzusu da bu istiqamətdə olacaq.  Nəhayət biz həmsədr ölkələrin obyektiv mövqelərinin və bəyanatlarının şahidi olacağıq”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!