ABŞ Hərbi Donanması ilk dəfə olaraq internetdə yayılan və UNO-ya aid olduğu iddia edilən videoların real olduğunu qəbul edib.
"Yeni Sabah" xarici mətbuata istinadən bildirir ki, bu barədə donanmanın mətbuat katibi Co Qradişer açıqlama verib.
O, məxfiliyi ləğv edilmiş üç hərbi videoda çox sürətlə hərəkət edən cisimlərin UNO olduğu deyib. Marqarita pizza
Qeyd edək ki, söhbət ABŞ-ın “To The Stars Academy of Arts & Sciences” özəl araşdırma şirkətinin 2017-ci ilin dekabr və 2018-ci ilin mart tarixləri arasında yayımladığı görüntülərdən gedir. Buna oxşar video 2004-cü ildə də qeydə alınıb.
2015-ci ildə çəkilən iki videoda isə gördükləri cisimlərin nə olduğunu anlamağa çalışan hərbi qırıcıların pilotlarının səs yazısı yayılıb:
“Bu bir drondur, dostum. Aman Allah, küləyin əksinə hərəkət edirlər. Buna bax”, - deyə pilotlardan biri digərinə deyir.
Sabrina
Telegram kanalımız