ABŞ Ermənistandakı Aİ missiyasını dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ermənistandakı Aİ missiyasını dəstəkləyir

Rəsmi

30 Oktyabr 2023 14:47 927


ABŞ Ermənistanda Avropa İttifaqının müşahidə missiyasını dəstəkləyir.

Yenisabah.az “Azadlıq” radiosunun erməni xidmətinə istinadla xəbər verir ki, bu, ABŞ səfirliyinin məlumatında qeyd olunub.

Radio səfirlikdən Aİ missiyasının genişləndirilməsi ilə bağlı etibarlı məlumatların olduğunu nəzərə alaraq, ABŞ-ın müşahidə missiyasına qoşulmasının mümkün olub-olmadığını soruşub. Sezar pizza

ABŞ səfirliyi yalnız qeyd edib ki, onlar tərəfdaşların, o cümlədən Avropa İttifaqının regionda qarşılıqlı etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün konstruktiv atmosferin təmin edilməsi istiqamətində səylərini alqışlayırlar.

ABŞ səfirliyinin cavabında deyilir ki, “Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!