İraqın paytaxtı Bağdadda xarici nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi Yaşıl Bölgədəki ABŞ səfirliyinə qarşı raket hücumu təşkil edilib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum İraq Baş naziri Mustafa əl-Kazeminin ABŞ Baş naziri Joe Biden ilə görüşməsindən sonra baş verib.
İraq mediasının verdiyi məlumatda səfirlik binasını qorumaq üçün quraşdırılmış C-RAM lazer müdafiə sisteminin raketləri məhv etmədiyi, raket qırıntılarının ətrafdakı evlərə və nəqliyyat vasitələrinə ziyan vurduğu qeyd edilib. pizza hut
Qeyd edək ki, hücum İraq Baş naziri Mustafa əl-Kazeminin ABŞ Baş naziri Joe Biden ilə ABŞ əsgərlərinin İraqdan çıxarılmasını müzakirə etmək üçün görüşməsindən sonra səfirlik binasını hədəf alan ilk hücum olub. Bu il ABŞ hərbi bazalarına və səfirlik binalarına 50-dən çox hücum olub.
Nəzrin Vahid
Telegram kanalımız