ABŞ-ın dövlət katibi Gürcüstana səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-ın dövlət katibi Gürcüstana səfər edəcək

Siyasət

10 Noyabr 2020 22:54 1230


ABŞ-ın dövlət katibi Mayk Pompeo noyabrın 17-də Gürcüstana ikigünlük səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Dövlət katibi səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Qaxariya, prezidenti Salome Zurabişvili, xarici işlər naziri David Zalkaliani və patriarx II İlya ilə görüşəcək. pizza sifarişi

Görüşlərdə ABŞ və Gürcüstan arasında strateji əməkdaşlıq və müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Səfər zamanı tərəflər Gürcüstan və bölgədə təhlükəsizlik, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə ölkələr arasında əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!