ABŞ İrana “əsassız həbslərə görə” sanksiya tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İrana “əsassız həbslərə görə” sanksiya tətbiq etdi

Dünya

28 Fevral 2026 12:42 328


ABŞ xarici vətəndaşların “əsassız həbslərinə görə” İrana qarşı sanksiya qərarı verib.

ABŞ Dövlət Katibi Marko Rubio İranın xaricilərə qarşı əsassız həbslərə cavab olaraq Tehrana sanksiya tətbiq etdiklərini açıqlayıb.

 “Yeni Sabah” xəbər verir ki, Rubio İranın onilliklərdir ABŞ və digər ölkələrin vətəndaşlarını siyasi alət kimi istifadə üçün həbs etdiyini bildirib və bu praktikaya son qoyulmasının vacibliyini vurğulayıb. Pepperoni pizza

Rubio ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə xaricdə əsassız həbs olunan ABŞ vətəndaşlarını qorumaq üçün fərman verdiyini və Konqresin eyni ildə “Əsassız həbslə mübarizə qanunu”nu qəbul etdiyini xatırladıb. Bu addımlar Xarici İşlər Nazirliyinə İranla bağlı sanksiya qərarı vermək imkanı yaradıb.

Rubio əsassız həbs edilən bütün ABŞ vətəndaşlarının azad edilməsinin vacibliyini qeyd edib və bu baş verərsə sanksiyaların ləğv olunacağını bildirib.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!