ABŞ Mərkəzi Komandanlığı: İranın Oman körfəzində hərbi gəmisi qalmayıb

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Mərkəzi Komandanlığı: İranın Oman körfəzində hərbi gəmisi qalmayıb

Dünya

03 Mart 2026 00:52 500


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində hazırda İranın heç bir hərbi gəmisinin qalmadığını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, qurum bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, iki gün əvvəl bölgədə İranın 11 gəmisi qeydə alınmışdısa, hazırda bu rəqəm sıfıra enib. Bildirilib ki, ABŞ qüvvələri beynəlxalq gəmiçiliyin təhlükəsizliyini və azadlığını qorumaqda davam edəcək. pizza mizza

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı "Şir nəriltisi" əməliyyatı çərçivəsində preventiv zərbə endirdiyini açıqlamışdı. Daha sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon ABŞ-nin əməliyyatını "Epik qəzəb" adlandırıb.

İran isə cavab olaraq İsrail istiqamətinə onlarla ballistik raket buraxıb, həmçinin Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran öz əməliyyatını "Həqiqi vəd - 4" adlandırıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!