ABŞ-nin Florida ştatında fövqəladə vəziyyət elan edildi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin Florida ştatında fövqəladə vəziyyət elan edildi

Dünya

09 Oktyabr 2024 18:28 864


ABŞ-nin Səhiyyə və Sosial Xidmətlər Departamenti ölkənin cənub-şərq sahillərinə yaxınlaşan "Milton" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.

Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.

Qurumdan bildirib ki, Floridaya tibbi avadanlıq və ləvazimatlarla birlikdə 100 xilasedici göndərilib. Bölgəyə həmçinin üç mütəxəssis qrupu gəlib ki, onlar yerli həmkarları ilə birlikdə qasırğanın xəstəxanalar, qocalar evləri və digər tibb müəssisələri üçün nəticələrini qiymətləndirəcək. Pepperoni pizza

Daha əvvəl Florida ştatının Səhiyyə Departamenti belə bir xəbərdarlıqla çıxış edib ki, təbii fəlakət nəticəsində insanlar potensial təhlükəli olan infeksiyaya yoluxa bilərlər. Güclü yağış və daşqınlardan sonra mədə-bağırsaq xəstəliklərinə səbəb olan "Vibrio" bakteriyalarının konsentrasiyası əhəmiyyətli dərəcədə arta bilər.

Qeyd edək ki, oktyabrın 7-də ABŞ Prezidenti Co Bayden Floridada "Milton" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsi ilə bağlı göstəriş verib.

Qasırğanın oktyabrın 9-da və ya oktyabrın 10-u günün birinci yarısında Florida sahillərinə yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, Floridanın qərb sahillərində, o cümlədən Tampa körfəzində dalğanın hündürlüyü 5 m-ə çata bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!