ABŞ nüvə başlıqlarının sayını azaltdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ nüvə başlıqlarının sayını azaltdı

Dünya

06 Oktyabr 2021 13:42 764


ABŞ atom başlıqlarının sayını tədricən azaltmağa davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

2020-ci ildə Vaşinqton 3750, 2019-cu ildə 3805, bundan bir il əvvəl isə 3785 nüvə başlığına sahib olub. pizza hut

Bu rəqəmə sıradan çıxarılan və məhvini gözləyən döyüş başlıqlarını ehtiva etmir.

Bundan əlavə, ABŞ keçən il 184 köhnə döyüş başlığını məhv edib.

Rusiya ilə strateji hücum silahlarının azaldılması müqavilələri sayəsində 2020-ci ilin səviyyəsi 60 ilin ən aşağı səviyyəsidir.

ABŞ-da maksimum döyüş başlığı sayı SSRİ ilə "Soyuq müharibə"nin zirvəsi dövründə - 1967-ci ildə olub.

Rusiya ilə ABŞ arasındaSTART-3 müqaviləsi hazırda qüvvədədir ki, bu da hər tərəfdən yerləşdirilən nüvə başlıqlarının sayını 1550 ilə məhdudlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!