ABŞ qırıcıları İsrailə eniş etdilər

saytların hazırlanması

Evə çatdırılma

ABŞ qırıcıları İsrailə eniş etdilər

Dünya

25 Fevral 2026 00:40 385


İsrailin cənubundakı hərbi hava bazalarından birində ABŞ-nin 12 ədəd "F-22" qırıcısı eniş edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.

Məlumata əsasən, "F-22" qırıcıları ABŞ qüvvələrinin Yaxın Şərqdə yerləşdirilməsi çərçivəsində İsrailə köçürülüb. pizza hut

Daha əvvəl "The Washington Post" qəzeti peyk təsvirlərinə və uçuş məlumatlarının analizinə istinadən xəbər vermişdi ki, ABŞ fevralın 17-də Cenevrədə Vaşinqton və Tehran arasında danışıqlardan sonra Avropa və Yaxın Şərqdəki bazalarda 150-dən çox təyyarə yerləşdirməklə İran yaxınlığında hərbi mövcudluğunu artırıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!