“İnsan haqları sahəsindən danışarkən qeyd etmək istərdim ki, Azərbaycanda Novruz bayramı ərəfəsində bir əfv fərmanı imzalanmışdı. Bu fərman əsasında bir sıra məhkum olunmuş şəxslər azadlığa buraxılıb. Biz bu faktı çox böyük bir məmnunluq hissi ilə qeyd etmək istəyirik”.
“Yeni Sabah” xəbər verir ki, bunu Turan-a müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib. O, düşünür ki, Azərbaycanda bu istiqamətdə görüləcək daha çox iş var: “Çox ümid edirəm ki, Azərbaycanda bir gün olacaq ki, ümumiyyətlə, hər hansısa əsas azadlıqlarını və ya konstitusiya hüquqlarını bildirdiyinə görə insanlar həbs olunmayacaqlar. O ki qaldı Azərbaycanda tənzimləyici islahatların həyata keçirilməsi istiqamətinə, biz bəyan olunmuş məhkəmə sahəsində keçirilən islahatlarda maraqlıyıq. Düşünürük ki, bu təşəbbüs Azərbaycanda qanunun aliliyi kimi olan məfhumun güclənəcəndirilməsinə təkan verəcək”.
Azərbaycan prezidenti ABŞ-a son rəsmi səfərini 2006-cı ildə etməsi, Amerika prezidentinin isə Azərbaycana, ümumiyyətlə, səfər etməsi haqda suala cavabında səfir deyib: “Yüksək səviyyədə hər hansı münasibətlərin olmaması barədə danışarkən qeyd etmək istərdim ki, ABŞ-ın cari administrasiyası dövründə daimi olaraq yüksək səviyyəli rəsmilər Azərbaycanla təmasda olublar. Prezident Tramp Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə dörd məktub ünvanlayıb. Ötən ilin payızında isə prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə əlaqələndircisi cənab Con Bolton bölgəyə səfər edib. Düşünürəm ki, Con Boltonun Azərbaycana səfəri ümumiyyətlə ABŞ-ın Azərbaycanla olan strateji tərəfdaşlığının bizim üçün çox vacib olmasının əyani təzahürüdür. Ona görə düşünürəm ki, bu istiqamətdə çox müsbət bir trend mövcuddur”. pizza mizza
Telegram kanalımız