Aprelin 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sәdri Әli Kәrimli və ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger görüşüb.
“Yeni Sabah” xəbər verir ki, AXCP-nin mətbuat xidmətinin məlumatına görə, görüşdә Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanda insan haqları və demokratikləşmə sahəsindəki problemlər, siyasi məhbus problemi, sərbəst toplaşmaq azadlığına yaradılan maneələr və başqa vacib məsələlər müzakirə olunub.
Görüşün detalları barədə məlumat verilmir. Sezar pizza
ABŞ-ın Azərbaycandakı Səfirliyi görüşlə bağlı hələ məlumat yaymayıb.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bu il martın 7-də ölkəyə gəlib. Bu ABŞ səfrinin müxalifət lideri ilə ilk görüşüdür.
Telegram kanalımız