ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırdı

Siyasət

25 Sentyabr 2020 21:06 1062


ABŞ səfirliyi Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

"ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb", - deyə səfirliyin məlumatında bildirilib. Sezar pizza

Səfirlik Azərbaycanın bütün regionlarındakı ABŞ vətəndaşlarına son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edib.

"ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı yarana biləcək nümayişdən uzaq olmağa çağırır. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək", - səfirliyin yaydığı məlumatda bu da qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!