ABŞ və Britaniya Əfqanıstana hərbçi göndərir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Britaniya Əfqanıstana hərbçi göndərir

Dünya

13 Avqust 2021 10:35 1050


ABŞ və Böyük Britaniya Əfqanıstana hərbçi göndərir.

Yenisabah.az xəbər verir ki, ABŞ Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay hava limanına biri quru qoşunları, ikisi dəniz piyadaları olmaqla 3 tabordan ibarət 3 min hərbçi göndərir.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi hərbçilərin ABŞ Dövlət Departamentinliyin istəyi ilə göndərildiyini bildirib. Onun sözlərinə görə, onlar hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. Pepperoni pizza

Həmin hərbçilər ABŞ vətəndaşlarının, o cümlədən diplomatlarının və Vaşinqtonun bu ölkədəki diplomatik nümayəndəliklərinin əfqanıstanlı əməkdaşlarının təxliyəsinin təhlükəsizliyini təmin edəcəklər.

Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi də eyni məqsəd üçün Əfqanıstana 600 hərbçi yollayacağını elan edib.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!