ABŞ Çinə qarşı tətbiq edəcəyi tarif artımını təxirə salıb.
“Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-ə planlaşdırılan tarif artımlarını təxirə salmasının qlobal birjalara təsirsiz ötüşmədiyini bildirib:
“Neft daxil olmaqla strateji məhsulların qiymətlərində artımlar müşahidə edildi. Ağ Ev ticarət müharibəsinin yumşalacağı mesajı versə də bunun uzun müddətli olacağı gözlənilmir. Məhz bu səbəbdən də Brent markalı neftin 1 barelinin qiymətinin 60 dolları keçməsinə baxmayaraq ciddi qiymət artımları müşahidə edilmədi. Doğrudur Asiya birjalarında canlanma müşahidə olunur. Amma hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçki qabağı yeni sürprizlərin olmayacağına əmin deyillər. Bu isə o deməkdir ki, yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq hələ də strateji məhsulların qiyməti təzyiq altındadır. Bu baxımdan da, neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil”. Dördpendirli pizza
Sabrina
Telegram kanalımız