ABŞ və Fransa İsrailə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Fransa İsrailə xəbərdarlıq etdi

Dünya

16 Oktyabr 2024 16:56 869


Yaxın Şərqdə müharibə aparmaq siyasətini həyata keçirən İsrailin ən böyük dəstəkçisi olan ölkələrdən diqqətçəkən açıqlamalar gəlib. 

Yenisabah.az xəbər verir ki, ABŞ İsrailə növbəti dəfə xəbərdarlıq edib. 

Xəbərdarlıqda humanitar yardımın yolu açılmazsa, bəzi hərbi yardımların kəsilə biləcəyi vurğulanıb. Fransa prezidenti Makron da Netanyahuya İsrailin BMT qətnamələri ilə qurulduğunu xatırladıb.  Dördpendirli pizza

CNN telekanalında yer alan xəbərə görə, ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant və strateji işlər naziri Ron Dermerə göndərdikləri ortaq məktubda Təl-Əvivin Qəzzaya ərzaq yardımının yolunu açmasını istəyib. 13 oktyabr tarixli məktubda Qəzzada fövqəladə humanitar vəziyyətin getdikcə pisləşdiyi və Qəzzaya humanitar yardımın qarşısının alınmaması lazım olduğu qeyd edilib. 

ABŞ Xarici Yardım Aktının 620 I maddəsinə əsasən, ABŞ administrasiyası humanitar böhranın yaşandığı bölgələrə humanitar yardımın, xüsusilə ərzaq və dərmanların daxil olmasına mane olan ölkələrə silah yardımını dayandıra bilər. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!