ABŞ və İsrailin İrandakı məqsədi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və İsrailin İrandakı məqsədi açıqlandı

Dünya

03 Mart 2026 13:36 372


“İsrail və ABŞ, ehtimal ki, gələcəkdə İranın təhlükə yaratmamasını təmin etməyə çalışacaqlar”.

“Yeni Sabah” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, İran Körfəzdəki enerji obyektlərini hədəf alaraq maliyyə və strateji xərclər yaratmağa çalışır: pizza sifarişi

“Biz görməliyik ki, bu xərclər yaratma strategiyası nə qədər davam edə bilər və nəticələri necə olacaq”.

Nazirin fikrincə, İran gözlədiyi reaksiyanı almayacaq:

“İran ümid edə bilər ki, bu hücumlarla digər dövlətlər ABŞ-yə təzyiq göstərsin və müharibəni dayandırsın, lakin bu ehtimal real görünmür. Həmçinin, İranın hələ nə qədər hərbi imkanının qaldığı da aydın deyil”.

H.Fidan vurğulayıb ki, əgər İran raket və dronlarını geniş şəkildə istifadə edərsə, bu İsraili ciddi şəkildə narahat edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!