ABŞ və NATO Əfqanıstanı tərk edir   - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və NATO Əfqanıstanı tərk edir - Rəsmi

Dünya

05 Avqust 2021 17:31 877


ABŞ və NATO Əfqanıstanı tərk etmək prosesində kritik bir dönəmdən keçir. Adlarını açıqlamayan bəzi rəsmilər, əsgərlərin bölgədəki ən böyük hərbi hava bazasını tərk etməyə başladığını açıqlayıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ -ın 2001 -ci ildə 11 sentyabr hücumlarından sonra başladığı Əfqanıstan əməliyyatı NATO qüvvələri ilə birlikdə başa çatmaq üzrədir.

Yüksək təhlükəsizlik rəsmisi Reuters-ə məlumat verib ki, ABŞ və NATO qüvvələri ölkədəki ən böyük hərbi bazanı tərk ediblər. Adını açıqlamayan məmur, "ABŞ və NATO -nun bütün qüvvələri Bagram Hava Bazasını tərk etdi" dedi. pizza sifarişi

Qeyd edək ki, rəsmilər bu hərbi bazanın Əfqanıstan Müdafiə Nazirliyinə veriləcəyini söyləyib.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!