Abşeronda 11 evdən oğurluq edənlər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda 11 evdən oğurluq edənlər tutuldu

Hadisə

25 Avqust 2023 15:08 490


Abşeronda evlərdən silsilə oğurluqlar edilib. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, rayon ərazisindəki 4 evdən oğurluq etdiyinə görə Elmik Nəsirli avqustun 23-də Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Ətrafında aparılan araşdırmalarlar onun müxtəlif vaxtlarda paytaxt sakini Səfər Bayramov ilə birgə daha 7 evdən ümumilikdə 5800 manat dəyərində elektrik naqili, təmir alətləri, elektrik aksesuarları və avadanlıqları oğurlaması da müəyyən olunub. 

Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə Səfər Bayramov saxlanılaraq istintaqa təhvil verilib.  Pepperoni pizza

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!