Abşeronda 6 mindən çox sakinə ərzaq yardımı edilib - Foto

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda 6 mindən çox sakinə ərzaq yardımı edilib - Foto

Sosial

18 Aprel 2020 13:51 624


Respublika ərazisində koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin rejiminin tətbiq olunduğu gündən Abşeron rayonunda COVID-19 virusun yayılmasının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Həmçinin xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar həyata keçirilir.

Yenisabah.az bildirir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu aksiyalara sahibkarlar da qoşulub. pizza mizza

Bu günə qədər Xırdalan şəhəri də daxil olmaqla, rayonun 15 kənd və qəsəbəsini əhatə edən 6 mindən çox sakinə gündəlik istifadə olunan ərzaq yardımları edilib. RİH əməkdaşlarının, icra nümayəndəliklərinin və bələdiyyə üzvlərinin, o cümlədən könüllülərin  iştirakı ilə reallaşdırılan aksiya zamanı sakinlərlə profilaktik söhbətlər aparılıb, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri onların diqqətinə çatdırılıb. Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində yaşı 65-dən yuxarı olan vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq tənha yaşayan ahıl şəxslərə də yardımlar edilir.

Qeyd edək ki, Abşeron rayonu üzrə 179 nəfər 65 yaşından yuxarı kimsəsiz, tənha ahıl qeydiyyata götürülüb və onlara gündəlik olaraq sosial xidmət göstərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarından sonra Abşeron rayonunda bu günə qədər ümumilikdə 574 ahıla sosial məişət xidməti göstərilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!