Abşeronda avtomobil bir ailənin 4 üzvünü vuraraq xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda avtomobil bir ailənin 4 üzvünü vuraraq xəsarət yetirdi

Hadisə

04 Yanvar 2020 19:17 1339


Abşeronda bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.

“Daewoo Nexia” markalı avtomobil yolu keçən 38 yaşlı Əliyev Zamin Əjdər oğlunu, onun həyat yoldaşı 36 yaşlı Əliyeva Şamama Heydər qızını, övladları - 12 yaşlı Əliyev Elcan Zamin oğlunu və 11 yaşlı Əliyeva Aytən Zamin qızını vurub. Nəticədə ailə üzvləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. A.Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!