Abşeronda dəhşətli yol qəzası - ÖLƏN VAR

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda dəhşətli yol qəzası - ÖLƏN VAR

Hadisə

17 Aprel 2023 09:34 1069


Abşeron rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib. 

Yenisabah.az "Trend"ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan qolunda “Daşlı yamac” adlandırılan ərazidə baş verib.

Əbilov İlkin Məmməd oğlu tərəfindən idarə edilən “Opel Combo” markalı, 77-XN-342 dövlət qeydiyyat nişanlı, Mürvətov Səxavət Qüdrət oğlu tərəfindən idarə edilən “Vaz 2107” markalı, 90-VZ-093 dövlət qeydiyyat nişanlı və Zeynalova Sevinc Vilayət qızının idarə etdiyi “Nissan Micra” markalı,77-HN-489 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. Dördpendirli pizza

Hadisə nəticəsində “Nissan Micra” markalı, 77-HN-489 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zeynalova Sevinc Vilayət qızı Bakı, şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 15 saylı Təcili Tibbi Yardım Stansiyasına aparılarkən yolda almış olduğu xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!