Ad günündə lotereya bileti hədiyyə etdilər, milyarder oldu

saytların hazırlanması

Evə çatdırılma

Ad günündə lotereya bileti hədiyyə etdilər, milyarder oldu

Rəsmi

09 Yanvar 2020 23:04 1456


Rusiyada “Stoloto”nun Yeni il ərəfəsindəki buraxılışları çoxlarını varlandırıb. Onlardan biri hətta ad günündə aldığı hədiyyə hesabına milyarder olub.

"Yeni Sabah" xəbər verir ki, Moskva ətrafında yaşayan Natalya Bartoşa dekabrın 31-də belə hədiyyə veriblər. Qadın sonradan biletin uduşlu olduğunu öyrənib. Bu gün ona 1 milyard rubl (təxminən 15 milyon dollar) udması xəbərini çatdırıblar. Bartoş həyat yoldaşı və qızı ilə birlikdə “Stoloto”nun əsas ofisinə yaxınlaşaraq uduşa sahib çıxıb.

Əslində, uduşu götürmək üçün qaliblərə 6 ay vaxt verilir. Yarım il ərzində qalib üzə çıxmadığı halda məbləğ dövlət büdcəsinə keçirilir. pizza

Bundan əvvəl yanvarın 1-də başqa Rusiya vətəndaşının “Stoloto”da 53 milyon rubl udduğu xəbəri yayılmışdı. O, biletə cəmi 100 rubl xərcləyibmiş. /Bizimyolinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!