“Adam oğurluğu cinayətlərinin əksəriyyəti qız qaçırtma hallarıdır” - Şöbə müdiri

saytların hazırlanması

Evə çatdırılma

“Adam oğurluğu cinayətlərinin əksəriyyəti qız qaçırtma hallarıdır” - Şöbə müdiri

Sosial

12 Mart 2025 12:51 248


"Qeydə alınan qəsdən adam öldürmə cinayətlərinin təqribən yarısı məişət zəminində baş verən zorakılıq hallarıdır. Eyni zamanda, sağlamlığa ağır zərərvurma hallarının hər beşdə birində ailə münaqişəsi zəmnində baş verən faktlar durur. Həmçinin, qız qaçırtma halları da var. Adam oğurluğu cinayətlərinin əksəriyyəti qız qaçırtma hallarıdır".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

"Bunlar onu göstərir ki, ailə, qadın və uşaq hüquqları sahəsində qanunvericilik təkmilləşdirilməlidir. Yaxın vaxtlarda "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi təqdim olunacaq", - deyə şöbə müdiri bildirib./Unikal.az Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!