Adamları insan alverinə necə cəlb edirlər? - Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Adamları insan alverinə necə cəlb edirlər? - Nazirlik açıqladı

Kriminal

20 May 2019 08:26 1196


Daxili İşlər Nazirliyi insan alveri qurbanları müraciət edib.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 “Qaynar xətt”i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir.

“Qaynar xətt” həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir. Pepperoni pizza

Həmçinin nazirlik sakinləri insan alveri qurbanına çevrilmənin vasitələri açıqlayıb:

İşədüzəltmə firmaları, Moda agentliyi, Nikah agentliyi, Turizm agentliyi, İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar, Qəzet və televiziya vasitəsi ilə elanlar, Tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər; Хаrici аgеntliklər tərəfindən təкliflərlə, Əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təkliflərilə və s.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!