Adil Kərimli: Şuşanın ənənəvi mədəni mühiti yenidən canlanır

saytların hazırlanması

Evə çatdırılma

Adil Kərimli: Şuşanın ənənəvi mədəni mühiti yenidən canlanır

Mədəniyyət

10 Dekabr 2023 13:01 2435


"Şuşanın ənənəvi mədəni mühiti yenidən canlanır. Zəfərimiz isə bütün Türk dünyası üçün tarixi bir hadisədir".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı- 2023” ilinin rəsmi bağlanış mərasimində deyib.

"Şuşanın ənənəvi mühitinin yenidən canlanması üçün istər ölkə xaricində, istərsə də ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir. Bu istiqamətdə Şuşa mədəniyyət günlərini xüsusi olaraq vurğulamaq olar", - A.Kərimli qeyd edib. pizza hut

Nazir bildirib ki, ortaq türk mədəniyyətinin təbliği məsələsində TÜRKSOY-un əməyi əvəzsizdir:

"Biz də Mədəniyyət Nazirliyi olaraq, həmişə onlara bu istiqamətdə öz dəstəyimizi göstərməyə hazırıq. Azərbaycanın bu ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri türk dünyası üçün olduqca əhəmiyyətlidir. Bu ilin ən yaddaqalan hadisələrdən biri də Azərbaycanın suverenliyinin tam şəkildə bərpa etməsidir. Bu, bütün türk dünyası üçün bayramdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!