“O vaxt kliplərini çəkdiklərim tanınmırdı, indi isə xalq artistidirlər, mənim adımsa heç it dəftərində də yoxdur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri rejissor, aktyor Kənan Mahmudov (Kənan MM) Baku.TV-yə müsahibəsi zamanı deyib.
Aktyor gördüyü işlərin dəyərləndirilməməsindən gileylənib: Sezar pizza
“10 il əvvələ qayıtsaydım, klip çəkməzdim. Çünki kliplərini çəkdiklərim o vaxt heç tanınmırdı, indi xalq artistidirlər, mənim adımsa Mədəniyyət Nazirliyində heç it dəftərində də yoxdur.
Türk serialında 40 bölüm oynadım. Qolumda da Azərbaycan bayrağı. Serialın yayımlandığı Fox TV Türkiyənin deyil, Amerikanındır. O kanalda serial yayımlandı, o kanalda Xocalı, Qarabağ, Mübariz İbrahimov barədə görüntülər getdi. Bu minnət deyil, həqiqətdir. Bu haqda çox az sayda media orqanı yazdı, onlar da ancaq öz tanışlarım idi. İnsan istər-istəməz nəsə umur, istəyir ki, sənə təşəkkür etsinlər.
Burada gizlətməli heç nə yoxdur. Azərbaycan diaporunun edə bilmədiyini mən elədim. Bu bir fürsət idi və mən o fürsəti dəyərləndirməli idim”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız