Adnan Oktarın dodaq uçuqladan sərvəti görün  kimə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Adnan Oktarın dodaq uçuqladan sərvəti görün kimə qaldı

Dünya

26 Oktyabr 2024 13:14 859


Türkiyədə "Adnan Hoca" adı ilə tanınan və özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı iddia edilib.

Yenisabah.az xəbər verir ki, məhkəmə dindirməsi zamanı aylıq 3 min 500 lirə gəliri olduğunu iddia edən Oktarın 1 milyard dollar sərvətinin olduğu üzə çıxıb.

Bildirilib ki, MASAK-ın hesabatında Oktarın ümumi sərvəti 200 milyon dollar kimi qiymətləndirilib. pizza hut

Maliyyə polisi təşkilata aid bankların, reyestr qeydlərinin və iş yerlərinin dəyərini hesablayarkən, təşkilatın 1 milyard dollarlıq sərvət idarə etdiyi ortaya çıxıb.

Xatırladaq ki, Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə verilən cəmi 8 min 463 il 4 ay həbs cəzası verilib./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!