Adnan Oktarla Aleyna Tilkini nə birləşdirir?

saytların hazırlanması

Evə çatdırılma

Adnan Oktarla Aleyna Tilkini nə birləşdirir?

Şou

27 Oktyabr 2023 17:20 913


Son günlər Türkiyədə müzakirələrə səbəb olan “Kedicik” adlı sənədli filmdən sonra Adnan Oktarın qurbanı olan qadınlarla bağlı saysız-hesabsız yeni məlumatlar yayılır.

Yenisabah.az xəbər verir ki, sənədli filmdən sonra bir çoxları bu tələyə düşməkdən son anda xilas olduğunu etiraf edib.

Türkiyənin gənc müğənnisi Aleyna Tilki də “kedicik” olmaqdan xilas olanlar arasındadır. Həmin vaxt onun cəmi 13 yaşı olub.   Sezar pizza

Tilki Marmara Universitetinin qarşısında reklam vərəqlərini paylayarkən “kedicik” ləqəbli qadınlardan biri ona yaxınlaşıb. Aleyna ilə ünsiyyət qurmağa çalışan qadın “Çox istedadlısan, albom hazırlamalısan” deyərək ona elektron poçt ünvanını verib.

Anasının diqqətli davranması nəticəsində Aleyna “kedicik” olmaqdan son anda xilas ola bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!