Aeroport gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

saytların hazırlanması

Evə çatdırılma

Aeroport gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Sosial

18 Mart 2026 11:06 282


Heydər Əliyev Beynəlxalq Aeroportu martın 20-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

"Yeni Sabah" xəbər verir ki, sərnişinlərin qeydiyyat prosesini rahat və vaxtında başa çatdırmaları üçün onlara uçuşdan ən azı 2–3 saat əvvəl hava limanına gəlmələri tövsiyə olunur. Həmçinin sərnişinlərə vaxt itkisinin qarşısını almaq üçün uçuşu həyata keçirən aviaşirkətin rəsmi internet səhifəsi və ya mobil tətbiqi vasitəsilə əvvəlcədən onlayn qeydiyyatdan keçmələri məsləhət görülür.

Şəhər mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatmaq üçün “Airport Express” (H1 xətti) fəaliyyət göstərir. Marşrut 28 May metrostansiyası (Nəqliyyat Mübadilə Mərkəzi) və Koroğlu metrostansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində sutka ərzində fasiləsiz (24/7) xidmət göstərir. Marqarita pizza

Bundan əlavə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminal ərazisində xüsusi “drop-off / pick-up” zolaqları mövcuddur və burada 3 dəqiqəlik qısa dayanma mümkündür. Aeroportun parklanma zonasında isə ilk 15 dəqiqəlik dayanma ödənişsizdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!