Afaq Bəşirqızı ƏSƏBLƏŞDİ: “24 saat sosial şəbəkələrdə “acam-acam” qışqıranlar...“

saytların hazırlanması

Evə çatdırılma

Afaq Bəşirqızı ƏSƏBLƏŞDİ: “24 saat sosial şəbəkələrdə “acam-acam” qışqıranlar...“

Mədəniyyət

19 Aprel 2021 16:37 1793


Prezident İlham Əliyevin aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışını etməsi sapı özümüzdən olan baltaların kürkünə birə saldı.

Azərbaycan Ordusunun şanlı qələbəsini həzm edə bilməyən düşmən dəyirmanına su tökən bəzi ünsürlər parkda hərbi qənimətlərin sərgilənməsinə etirazlarını bildirdilər, bu qənimətlərin nümayiş etdirilməsini faşizm adlandırdılar.

Mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Xalq artisti Afaq Bəşirqızı heç bir ziyalının bu cür fikirləri səsləndirmədiyini bildirib: pizza hut

“Baxın, bunun “faşizm” olduğunu hanısa ziyalı, hasısa alim, yaxud tarixçi açıq-aydın deyibmi?

Yoxsa bu fikirləri ancaq 24 saat sosial şəbəkələrdə “acam-acam” qışqıranlar deyir?! Mən qətiyyən belə düşünmürəm və bu parkda qənimətlərin nümayiş edilməsini faşizm adlandırmıram. Onda Qubada ermənilərin vaxtilə qırdığı insanların kəllə sümüyü necə olsun? Bəs onların bu etdiyi faşizm deyil?! Ermənilərin etdiklərini biz göstəririk, o da faşizm adlandırılır? Ermənilər bizə qarşı dəfələrlə kütləvi qırğın törədiblər. 31 martda müsəlmanları kütləvi şəkildə qətl ediblər. Bəs onların hərəkətinin adı nədir?!"

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!