Afaq Bəşirqızı yıxdı-sürüdü: “Etdiyini başıma az qax”

saytların hazırlanması

Evə çatdırılma

Afaq Bəşirqızı yıxdı-sürüdü: “Etdiyini başıma az qax”

Mədəniyyət

30 Mart 2024 12:14 14679


Xalq artisti Afaq Bəşirqızı açıqlamaları ilə diqqət çəkib. 

Yenisabah.az xəbər verir ki, “Künc-Bucaq” “YouTube” layihəsinin qonağı olan aktrisa yerli telekanalların hazırkı durumundan, müasir filmlərin keyfiyyətindən danışıb. 

O, bəzi telekanal rəhbərlərinin şəxsi gəlirə görə, hər şeyi tamaşaçının boynuna atdığını bildirib:  pizza

“Telekanallar bəzən tamaşaçı rəğbətindən, tamaşaçıların verilişlərini sevdiyindən danışırlar. Bunlar hamısı xilasedici sözlərdir. Bəzən aparıcıya sual verirsən ki, bu nə biabırçılıqdır? Demir ki, bunu reklam yığmaq üçün edirəm, boş qalan saatları doldururam, gəlir əldə edirəm, deyir ki, bu, tamaşaçı zövqüdür. Hər şeyi tamaşaçının boynuna atırlar. Hansı ki, onları ən çox tənqid edənlər elə tamaşaçılardır. 

Mən efirlərimizdəki verilişlərə hərdən baxıram, hansılara baxdığım isə qoy məndə qalsın. Çünki mən onlara tamaşaçı marağı ilə baxmıram, hərdən bir hali olmaq üçün baxıram. Hazırki efirlər məni qane etmir. Mən efirlərdə indiki problemlərlə ayaqlaşan mövzular görmürəm. 

Bəzən olur ki, hansısa mövzuya toxunurlar, hər şey yaxşı gedir, amma 15 dəqiqə sonra görürsən ki, həmin mövzu çevrilir olur aparıcının şəxsi həyatı. Mən bunu bəyənmirəm. Axı bu mövzu məni maraqlandırmışdı, diqqətimi çəkmişdi, bunu niyə aparıb aparıcının şəxsi həyatına bağladın? 

Bəzən kiməsə yardım olunur, amma sonra onu efirdə o qədər təkrar göstərirlər ki... Atalarımızın bir sözü var “Etdiyini başıma az qax”. Dəfələrlə “Mən elədim” demək yardım yox, başa qaxmaq olur. Hərdən yaddan çıxır ki, bu, ümumxalq efiridir, şəxsi efirin deyil. 

Bəziləri deyir ki, bu verilişlər pisdir, bəziləri deyir ki, yaxşıdır, amma neytral qalanlar, “nəbilim, vallah” deyənlər hər iki tərəfdən daha çoxdur. Biz neytral, mövqesiz adamlara görə bədbəxtliyə sürüklənirik”.

A.Bəşirqızı müasir filmlərdən də gileylənib. Aktrisa qeyd edib ki, 1-2 həftəyə çəkilən filmlərdə sənətkar yetişməyi mümkünsüzdür:

“Müasir filmlərimizin vəziyyətindən də razı deyiləm, hər həftə çəkilən filmlər var ki, onlar çörək pulu, dolanışıq puludur, bunu sənətlə uzlaşdırmaq olmaz. Orada sənətkar yetişməz. Sənətkar gəlib o işdə yer alsa, sənətinin üçdə bir hissəsini itirə bilər, amma  oradan sənətkar kimi çıxa bilməz. 1-2 həftəyə çəkilən filmlərdə rol alırlar ki, sonra desinlər Əli filan yerdə oynadı, tanındı. Yox, belə deyil, bu filmlər sənətkar yetişdirə bilməz.

Keyfiyyətli işlər var, sadəcə onlar azdırlar. İncəsənətdə paxıllıq yaxşı şeydir. Gərək düşünəsən ki, o məndən yaxşı iş ortaya qoydu, bu daha yaxşı oynadı. Bu, yaxşı paxıllıqdır. Yoxsa bir dəstə adam tutub bir film və ya tamaşa haqda pis şeylər yazdırmaqla inkişaf ola bilməz”. 

Əsmətxanım Rzazadə 

Həmin kadrları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!