“AFEN Plaza”da partlayışda xəsarət alanlardan üçü evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

“AFEN Plaza”da partlayışda xəsarət alanlardan üçü evə buraxıldı

Hadisə

03 Dekabr 2025 20:18 538


Nərimanovda "AFEN Plaza"da baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu il noyabrın 11-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfərdən 3 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar. Dördpendirli pizza

1 nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

1 nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!