Afətdən məhkəmə qərarına reaksiya: “Bal ayındayam”

saytların hazırlanması

Evə çatdırılma

Afətdən məhkəmə qərarına reaksiya: “Bal ayındayam”

Şou

24 Yanvar 2024 14:02 617


Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək. 

Bu haqda Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb və iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb. 

Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.  Toyuqlu pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı qərardan xəbəri olmadığını, “bal ayı”nda olduğunu deyib: 

“Qərardan xəbərim yoxdur. Bu işlərlə vəkilim məşğul olur. Mən bal ayındayam. Bal ayım hələ qurtarmayıb”.

Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış qərarı çıxarıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!