Afətin həyat yoldaşı həbs olundu: Nazirə müraciət etdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Afətin həyat yoldaşı həbs olundu: Nazirə müraciət etdi - Video

Şou

01 Fevral 2022 10:52 1815


Müğənni Afət Fərmanqızının həyat yoldaşı həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında məlumat verib. O, həyat yoldaşının təhqirə görə həbs edilməsinə etrazını bildirib. İfaçı daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəyib:

"Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşım Rusiya vətəndaşı Nanacanov Mamedi saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Nanacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səsyazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim". pizza sifarişi

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!