AFFA azarkeşlər üçün xüsusi avtobuslar ayırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA azarkeşlər üçün xüsusi avtobuslar ayırdı

İdman

09 İyun 2025 16:50 374


AFFA Azərbaycan-Macarıstan yoldaşlıq oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, iyunun 10-u "Liv Bona Dea"da azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq. pizza

"Avtobuslar saat 18:00-dan 18:30-dək “Koroğlu” metrostansiyasının hava limanı istiqamətindəki çıxışından (piramida formalı çıxış) stadion istiqamətində fəaliyyət göstərəcək.

Nəqliyyatdan yalnız oyun bileti təqdim edən azarkeşlər istifadə edə biləcəklər. Oyunun başa çatmasının ardından avtobuslar azarkeşlərin “Koroğlu” metrostansiyasına geri daşınmasını təmin edəcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan-Macarıstan matçı saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!