AFFA Cavid Hüseynovu 6 oyunluq cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA Cavid Hüseynovu 6 oyunluq cəzalandırdı

İdman

25 Noyabr 2022 16:27 748


AFFA İntizam Komitəsi "Şamaxı"nın məşqçisi Cavid Hüseynovu 6 oyunluq cəzalandırıb. 

Yenisabah.az xəbər verir ki, buna mütəxəssisin "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final oyunu başa çatdıqdan sonra etdiyi hərəkət səbəb olub.

Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb. pizza mizza

Şamaxı təmsilçisi bunun üçün 6 min manat məbləğində cərimələnib. Bölgə təmsilçisi həmin görüşdə 4 oyunçusu sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək.

Komandanın müdafiəçisi Cəlal Hüseynova isə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğuna görə bir oyunluq cəza verilib.

İK MOİK-ə 1600 manat məbləğində cərimə kəsib. "Səbail"lə kubok matçında təcili yardım maşınının təyin olunan vaxtda gəlməməsi klubu ziyana salıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!