AFFA-dan iki futbolçuya cəza, 5 kluba cərimə

saytların hazırlanması

Evə çatdırılma

AFFA-dan iki futbolçuya cəza, 5 kluba cərimə

İdman

03 Fevral 2023 16:24 770


Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Yenisabah.az xəbər verir ki, Misli Premyer Liqasının 20-ci turunda keçirilən oyunlarla bağlı qərarlar verilib. 

“Sumqayıt” – “Turan Tovuz” oyununda Turan Tovuz klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.  Marqarita pizza

“Səbail” – “Kəpəz” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunu. “Səbail” klubu xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub 800 manat cərimə olunub. 

“Qəbələ” - “Sabah” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. “Qəbələ” klubunun oyunçusu Ruan Renator ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılıb və klub 200 manat cərimə olunub. 

“Qəbələ” - “Sabah” oyununda “Sabah” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə görə klub 800 manat cərimə olunub.  

“Neftçi” - “Zirə” oyununda “Zirə” klubunun oyunçusu Donald Geryenin ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!