AFFA-dan məşhur serialla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

AFFA-dan məşhur serialla bağlı açıqlama

İdman

15 Oktyabr 2021 23:10 2254


Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümündə AFFA-nın loqosu olan geyimlərdən istifadə olunub.

Yenisabah.az xəbər verir ki, futbol qurumu məsələ ilə bağlı açıqlama yayıb.

“Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu. Toyuqlu pizza

Bununla bağlı AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşmanın olmaması nəzərə alınaraq, serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb.

Qeyd olunub ki, gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin”, - deyə açıqlamada bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Çiçek
    İndi Türk istihbaratından behs eden bu möhteşem serialda "Azerbaycan'ın yanındayıq" mesajı vererek Türkiye Türk'ü qardaşlarımız çox anlamlı bir jest edib,AFFA'da bele sayqısızlığ edeceyi yerde ,eksine teşekkür etmeliydi! Heqiqeten bezleri özlerini uzunqulaq yerine qoyur!!!
    5 years ago