AFFA-dan “Sabah“ın oyunçusuna 4 oyunluq cəza

AFFA-dan “Sabah“ın oyunçusuna 4 oyunluq cəza

İdman

20 Dekabr 2022 14:14 556


AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Ceyhun Nuriyevi cəzalandırıb. 

Yenisabah.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasınhın saytında açıqlanan qərarda qeyd edilir. 

Qərarda bildirilir ki, Misli Premyer Liqasının 17-ci turunun “Kəpəz” – “Sabah”  oyununda “Sabah”ın oyunçusu Ceyhun Nuriyev 90-cı dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub. O, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılıb, klub 3200 manat cərimə edilib. 

Bundan başqa, “Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 800 manat cərimə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!