AFFA İntizam Komitəsinin növbəti iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

AFFA İntizam Komitəsinin növbəti iclası keçirildi

İdman

07 Oktyabr 2021 16:53 653


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın VI turunun “Zirə”-“Sumqayıt” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunub. Dördpendirli pizza

“Keşlə”-“Sabah” oyununda “Sabah” klubunun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub.

Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Mətbuat konfransı zamanı “Sabah” klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.

I Divizionun III turunun “Keşlə-2”-“Qəbələ-2” oyununda “Keşlə-2” klubunun qapıçısının formasında qüsur olduğundan oyunun ikinci hissəsi gec başlandığı üçün klub 80 manat cərimə olunub.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!