AFFA klubları böyük məbləğdə cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA klubları böyük məbləğdə cərimələdi

İdman

29 Oktyabr 2021 15:19 844


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda Premyer Liqanın 8-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Sabah”-“Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 4000 manat cərimələnib. Dominos pizza

Oyunun mətbuat konfransı zamanı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimə olunub.

“Keşlə”-“Qəbələ” oyununda “Qəbələ” klubunun futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun və klub 200 manat, "Səbail”-“Qarabağ” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!