AFFA “Səbail“ klubunun rəsmisini söyüşə görə cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Səbail“ klubunun rəsmisini söyüşə görə cəzalandırdı

İdman

02 Dekabr 2022 17:28 715


AFFA İntizam Komitəsi "Səbail" klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında "Turan Tovuz"la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.

İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. "Dənizçilər"ə bunun üçün 4 000 manat məbləğində cərimə kəsilib. Dördpendirli pizza

Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!